Bu gün Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə şair-publisist, ictimai xadim Mirkazım Seyidovun "Soydaş, sözüm sənədir" adlı kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan, ingilis və rus dillərində dərc olunan kitabda M. Seyidov gərgin, dramatik bir ovqatla müstəqillik qazandıqdan sonra ikiyə bölünən vətən övladlarının Dünya Azəraycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji əsaslarda diaspor fəaliyyətlərinin bəzi vacib məziyyətlərini oxuculara təqdim edib. Kitabda çətin sınaq qarşısında qalan soydaşlarımızın Azərbaycandan güc alaraq böyük çətinliklərlə reallaşdırdığı diaspor fəaliyyətindən bəhs olunur. Müəllif kitabda həmçinin ümumilli lider Heydər Əliyevin öz xalqı və tarix qarşısında ən böyük xidmətlərindən olan diaspor quruculuğu prosesini qələmə alaraq ulu öndərin 1993-2003-cü illərdə Azərbaycan prezidenti kimi fəaliyyətini, idarəçilik məharətini mənalı detallarla oxucuya çatdırıb.
"Soydaş, sözüm sənədir" kitabı Mirkazım Seyidovun azəbaycanlıların diaspor fəaliyyəti haqqında poetik dillə vəsf olunan ən gözəl nümunəsidir. Kitabda müəllif Dünya azərbaycanlılarına həmrəylik günü münasibəti ilə təbrikini də ünvanlayıb.
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin ön sözü ilə başlayan Dünya azərbaycanlılarının və diasporun formalaşmasına xidmət edən kitab 13 fəsildən, 3 paraqrafdan ibarətdir.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB