Beynəlxalq Diaspora Mərkəzi Sankt-Peterburqdakı Fransa konsulluğunun qarşısında aksiya keçirəcək
Dekabrın 31-də Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda Beynəlxalq Diaspora Mərkəzinin və bu şəhərdəki Azərbaycan diasporunun birgə təşkilatçılığı ilə Fransa konsulluğunun qarşısında piket-aksiya keçirilməsi nəzərdə tutulub. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayevin SİA-ya verdiyi məlumata görə, saat 14:30-da baş tutacaq piketdə Azərbaycan diaspor təşkilatçıları ilə yanaşı, Türkiyənin də eyniadlı qurumlarının nümayəndələri iştirak edəcək. Piketin keçirilməsində məqsəd Fransa parlamentinin Assambleyasında "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza tətbiqi ilə bağlı qanun qəbul edilməsidir. Aksiyada yerli şəhər sakinlərinin, diaspor təşkilatlarının, diplomatik korpusların və media nümayəndələrinin iştirakı gözlənilir.
Aksiya iştirakçıları \"erməni soyqırımı imperializm yalanıdır", "Fransa, Qarabağı işğal edən Ermənistana yardımı dayandır", "Saxta erməni soyqırımını tanımaqdan əl çək, Fransa", "Fransa hökumətinə ar olsun", "Fransa, çaşma, səbrimizi daşırma" kimi şüarlar səsləndirəcəklər.
Qeyd edək ki, Fransa Senatı "erməni soyqırımı"nı inkar etməyə görə cəza nəzərdə tutan qanun layihəsini dekabrın 22-də qəbul edib.
Fransa Parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 eputatdan 38-i lehinə, 7-i əleyhinə səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB