Bayramda internet və digər telekommunikasiya sistemləri fasiləsiz işləyəcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bayram günlərində telekommunikasiya sistemində problemlərin olmaması üçün tədbirlər görür. Nazirlikdən SİA-ya verilən məlumata görə, bununla əlaqədar nazirliyin tabeliyində olan birlik və müəssisələrə tapşırıqlar verilib: "Əhalinin rabitə xidmətləri, radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsi, telekommunikasiya və internet xidmətlərinin, fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması məqsədilə bayram günlərində məsul növbətçilər iş başında olacaq və yaranan hər hansı bir problemlə bağlı operativ tədbir görüləcək. Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB