Erməni politoloq: “Rəsmi Bakı yeni müharibədə qələbə imkanlarını yaxşı dərk edir”

Erməni politoloq: “Rəsmi Bakı yeni müharibədə qələbə imkanlarını yaxşı dərk edir”

"Son iki ildə Azərbaycan intensiv surətdə silahlanır və hərbi gücündən Ermənistan üzərinə diplomatik təzyiqi artırmaq üçün istifadə edə bilər və məhz bu da müharibəyə gətirə bilər". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Regional Təhqiqatlar Mərkəzinin direktoru, erməni politoloq Riçard Kirakosyan deyib.

Onun sözlərinə görə, 2012-ci ildə Ermənistan bu təhlükəyə hazır olmalıdır: "Rəsmi Bakı yeni müharibədə qələbə imkanlarını yaxşı dərk edir. Cəbhə xəttində baş verən kiçik miqyaslı döyüşlər geniş miqyaslı müharibəyə çevrilə bilər".


Bütün xəbərlər Facebook səhifəmizdə