Bayram günlərində fişənglərlə ehtiyatla davranın!

Bayram günlərində fişənglərlə ehtiyatla davranın!

Bayram günlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti də gücləndirilmiş iş rejimində işləyəcək. Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 31-dən, yanvarın 5-dək xidmətin əməkdaşları iş başında olacaqlar: "Bayram günlərində əhalini diqqətli olmağa çağırırıq. Mənzillərdə standarta uyğun olmayan, nasaz qızdırıcı elektrik, qaz cihazlarından istifadə edilməsi hər an bədbəxt hadisələrə səbəb ola bilər. Eyni zamanda bayram günlərində fişənglərdən də ehtiyatla davranmaq məsləhət görülür. Onlardan ehtiyatsız istifadə də yanğın hadisələri törənməsinə şərait yaradır".


Bütün xəbərlər Facebook səhifəmizdə