Diplomatik Akademiyada dövlət qulluqçuları üçün növbəti təlim kursu başa çatdı
Azərbaycan Diplomatik Akademiyası (ADA) dövlət qulluqçuları üçün sayca 6-cı Xarici Siyasət Proqramı və birinci Jan Mone Proqramı çərçivəsində "Avropa İttifaqı Araşdırmaları" təlim kursunun məzun gününu keçirib. ADA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 3-dən keçirilən Xarici Siyasət Proqramında müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatların 22 əməkdaşı iştirak edib. Onlar Prezident Administrasiyası, Xarici İşlər, Fövqəladə Hallar, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Strateji Araşdırmalar Mərkəzi, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Avropa Şurasının Azərbaycandakı ofisini təmsil edirlər.
4 ay ərzində müdavimlər beynəlxalq siyasət, iqtisadiyyat və ticarət, konsulluq işləri, ictimai diplomatiya, liderlik, kommunikasiya qabiliyyətləri və regionşunaslıq kimi sahələrin dərinliklərini öyrəniblər. Məzunlar göstərdikləri nəticələr əsasında sertifikatlarla təltif olunublar. Kursların yekunlaşması ilə əlaqədar giriş nitqində tələbələri təbrik edən Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoruFariz İsmayılzadəqeyd etdi ki, Xarici Siyasət Proqramı qurumun ilk və ən uğurlu proqramlarından biri olaraq qalmaqdadır.
Daha sonra çıxış edən İxtisasartırma Proqramlarının direktoruAygün Hacıyeva2011-ci ildə həyata keçirilən yeni təlim proqram və layihələri haqqında ətraflı məlumat verib və Xarici Siyasət Proqramının əldə etdiyi nəticələr barədə təqdimat keçirib.
Sertifikatları məzunlara təqdim edən ADA-nın rektoru, səfir Hafiz Paşayevbu səpkili proqramların vacibliyini və səmərəliyini bir daha vurğulayıb. O qeyd edib ki, ADA bundan sonra da dövlət qulluqçularının bacarıqlarının artırılmasına və xarici siyasət sahəsində peşəkar kadrların yetişdirilməsinə öz töhfəsini verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB