Ədliyyə Nazirliyi: \"Bu ildə icraata daxil olan işlərin sayı 130 mini ötüb\"

Ədliyyə Nazirliyi: \"Bu ildə icraata daxil olan işlərin sayı 130 mini ötüb\"

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə hərtərəfli tədbirlər görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu ildə icraata daxil olan işlərin sayı xeyli artaraq 130 mini ötüb, görülən təsirli tədbirlər nəticəsində onların 80 faizdən çoxunun icrası təmin olunub, qanunvericiliyin tələblərini pozan və icradan qərəzli yayınan 1600 nəfər inzibati məsuliyyətə cəlb edilib, 180 şəxs barəsində cinayət işi başlanılıb, 800-ə yaxın borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmış və digər məcburiyyət tədbirləri tətbiq edilib. Həyata keçirilən tədbirlərə baxmayaraq, Konstitusiyada məcburiliyi təsbit olunmuş məhkəmə qərarlarının icrasından hər bir vəchlə yayınma hallarına rast gəlinir.

Belə ki, Nəsimi rayon icra şöbəsinə borcla bağlı həbs qoyulmuş avtomobilin üzərindən bu qadağanın götürülməsi barədə məhkəmə qərarı və bu əmlaka aid digər rəsmi sənədlər təqdim olunub. Sənədlərin həqiqiliyi şübhə doğurduğundan araşdırma aparılmış və onların tam saxta olması müəyyən edilib. İcra məmurlarının sayıqlığı nəticəsində qanunazidd əməllərin qarşısı alınmış, faktla bağlı toplanmış materiallar araşdırılması və tədbir görülməsi üçün Baş prokurorluğa göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə