Sumqayıt şəhəri İnsan Hüquqlarının Tədrisi Üzrə Təlim və Resurs Mərkəzində "Uşaq Hüquqları Konvensiyası" adlı təlim keçirilib. SİA-nın xəbərinə görə, təlim zamanı hədəf qrupu kimi orta məktəb şagirdləri seçilib, iştirakçılar uşaq hüquqları barədə nəzəri və praktiki biliklər verilib. Həmçinin təlim zamanı müxtəlif sosial roliklər də iştirkaçılara göstərilib və onların müzakirəsi təşkil olunub.
Layihə orta məktəblərdə dərs keçən gənc müəllimlər üçün "İnsan Hüquqlarının Tədrisi" mövzusunda təlim keçməsini nəzərdə tutmaqla yanaşı şəhərdə insan hüquqlarının tədrisini davamlı həyata keçirilməsinə yönəlib. Bu kontekstdə resurs mərkəzinin əsas məqsədi orta ümumtəhsil məktəblərində insan hüquqları üzrə tədrisin forması kimi gənclərin qeyri-formal tədrisinin dəyərini dərk etmək və inkişaf etdirməkdir. Resurs mərkəzi məhz gənc müəllimləri təlimatlandırmaq vasitəsi ilə orta məktəb şagirdlərində insan huquqları mədəniyyəyini formlaşdırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB