Beyləqanın Aşıqlı və Əlinəzərli kəndlərinə mavi yanacaq verilib. Təbii qazın gəlişi 70 yaşı olan kəndlərin tarixində ilk dəfədir. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, artıq iki yaşayış məntəqəsində 550-yə dək abonentin həm məişət həm də istilik probleminə son qoyulub. Hələlik rayon mərkəzi ilə yanaşı üç kənddə qazlaşdırma işi başa çatıb. Qeyd edək ki, bütün yaşayış məntəqələrinin qazlaşdırılması isə 2013-cü ilə dək başa çatacaq.
Ümumi abonentlərin sayı hal hazırda 5000 nəfəri keçib. Yanvar ayından isə rayonun daha 8 yaşayış məntəqələrində təsərrüfatların qazlaşdırılması başa çatacaq. Bununla da kəndlərdə mavi yanacaqdan istifadə edən abonentlərin sayı 6000-i keçəcək.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB