Yeni Azərbaycan Partiyasının (YAP) Beyləqan rayon təşkilatının səkkizinci konfransı keçirilib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə partiyanın qurucusu Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül-çiçək dəstələri düzərək dahi öndərin xatirəsini yad ediblər. Milli Məclisdən YAP-da təmsil edən millət vəkilləri də iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildirib ki, partiyanın Beyləqan rayon təşkilatı 1993-cü ilin fevralında yaranmış və ulu öndərin Beyləqana səfəri ilə daha da inkişaf edib. Bu gün 3517 nəfərədək üzvü olan partiya rayonun ictimai-siyasi həyatındakı rolununun böyük olduğu da vurğulanıb.
Daha sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib. 31 nəfərdən ibarət rayon şurası Rafael Pəsiyevi təşkilatın sədri seçib.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB