Rayon İcra Hakimiyyəti: “Balakən rayonunda abadlıq, quruculuq işləri son bir ildə çox sürətlənib” - FOTOSESSİYA
Son günlər bəzi kütləvi informasiya vasitələrində Balakən rayonu haqqında böhtan və qərəzli yazılar dərc olunub. Həmin yazılarda qeyd olunur ki, guya Balakəndə özbaşınalıqlar pik həddə catıb, işsizlik hökm sürür, meşələr qeyri-qanuni olaraq qırılır. Rayonun kəndlərə aparan yollarının çala-çuxurlu olduğu bildirilir.
SİA məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinin (RİH) müvafiq strukturuna müraciət edərək həqiqəti üzə çıxarıb. Balakən RİH-nin ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində bildiriblər ki, bütün bu yazıların əksinə olaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda gedən tikinti-abadlıq və əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər son bir ildə daha da sürətlənib.
Qeyd etmək lazımdır ki, bütün bu yazılar qətiyyən həqiqətə uyğun deyil, rayon rəhbərliyinə və görülən işlərə kölgə salmaq məqsədi daşıyır. Bu kimlərinsə qərəzli və subyektiv fikirləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB