Heydər Əliyev Fondu İTV-yə "Eurovision-2012"nin təşkilində dəstək göstərəcək
2012-ci ilin may ayında Bakıda keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məlumatında deyilir.
"Eurovision" Mahnı Müsabiqəsinin təşkili və keçirilməsinə dəstək göstərilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin müraciətini qəbul edən Heydər Əliyev Fondu beynəlxalq tədbirlərin təşkilindəki geniş təcrübəsini Azərbaycan üçün önəmli layihəyə yönəltməyə razılıq verib.
İmzalanmış memorandumla müxtəlif mədəni tədbirlərin təşkil olunması və keçirilməsinə mütəxəssislərin cəlb edilməsi, Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, "Eurovision" Mahnı Müsabiqəsi həftələrində "Eurovillige", "Euroclub" kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB