Azərbaycan gəncləri beynəlxalq bankın idarə heyətinə üzv seçildilər

Azərbaycan gəncləri beynəlxalq bankın idarə heyətinə üzv seçildilər

"Dünya Gənclər Bankı Şəbəkəsi" MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və Gənclər Təşkilatları Milli Şurasının büro üzvü , "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov bu günlərdə bankın İdarə Heyətinin toplantısında iştirak etmək üçün Zagrebə səfər ediblər.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, görüş DGBŞ-nin Xorvatiya ofisində keçirilib, 2012-ci il üçün iş planı təsdiqlənərək İdarə Heyətinə seçkilər keçirilib. Seçkilərdə Vüsalə Hüseynli və Anar Xəlilov hər ikisi Bankın mərkəzi İdarə heyətinə üzv seçilmiş eyni zamanda, Anar Xəlilov Dünya Gənclər Bankı Regional ofisinində də maliyyə məsələrəri üzrə idarə heyətinə üzv seçilib.

Seçkilərdən sonra Azərbaycan nümayəndələri Bankın prezidenti Tomislav Bogdaniclə görüşüblər. Görüş zamanı regional ofisin 2012-ci il üçün iş strategiyası və Bank rəhbərliyinin Azərbaycana o cümlədən, MDB plkələrinə planlaşdırlan səfəri müzakirə olunub.

BMT-nin İqtisadi və Sosial Şurasının ticarət komitəsinin konfransında iştirak edəcək.

13-14 iyunda keçiriləcək konfransda BMT-yə üzv olan ölkələrin 2011- 2013-cü illər üçün inkişaf prioritetləri müəyyənləşəcək.

Bundan əlavə, iyunun 14-də "Cənubi Qafqaz və Qərbi MDB dövlətlərinin iqtisadi inkişafı, nailiyyətləri və çağırışları" mövzusunda sessiya keçiriləcək.

Həmin sessiya zamanı ölkələrin iqtisadi inkişafı üçün lazımi elementlər və problemlər müzakirə olunacaq. İki günlük konfrans zamanı ticarət komitəsinə ölkələr üzrə, eyni zamanda Azərbaycan üzrə də nümayəndələrin seçilməsi gözlənilir.

Qeyd edək ki, konfransda BMT-yə üzv olan ölkələrin hökumət üzvləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə