Dövlət Sərhəd Xidmətinin Hərbi akademiyasında “Dövlət” adlı film nümayiş olunub

Dövlət Sərhəd Xidmətinin Hərbi akademiyasında “Dövlət” adlı film nümayiş olunub

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Hərbi Akademiyasında ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş "Dövlət" adlı film nümayiş olunub. SİA-nın xəbərinə görə, DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyevin, filmin rejissoru Vaqif Mustafayevin və müdavimlərin iştirak etdiyi tədbirdə uzaq görən lider Heydər Əliyevin tarixi şəxsiyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu film Hərbi Akademiyada müdavimlərin gələcəkdə peşə hazırlığını yüksək səviyyədə davam etdirmələri üçün əsl dərs vəsaiti kimi istifadə olunmalıdır. Çıxış edənlər 11 seriya və 3 hissədən ibarət olan bu filmi yüksək qiymətləndiriblər. Daha sonra filmin nümayişi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə