Dekabrın 27-də "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və "Biznes Dialoq" Biznes Klubu tərəfindən Beynəlxalq Ticarət Mərkəzində yerləşən Atrium hotel-də, Azərbaycanda ilk dəfə olaraq "Kod Da Vinçi" məntiqi intellektual oyunu üzrə açıq formatda şirkətlərarası yarış təşkil edildi. SİA-nın xəbərinə görə, yeni il ərəfəsində keçirilmiş tədbirin məqsədi kiçik və orta sahibkarlar xüsusən də gənc sahibkarlar və müxtəlif şirkətlərin nümayəndələri arasında komanda ruhunu formalaşdırmaq, yaranmış vəziyyətdən asılı olaraq çevik qərar vermə qabiliyyətini inkişaf etdirmək və işgüzar əlaqələrin qurulmasında vasitəçi olmaqdır.
Tədbirdə, "Dəmir Bank", "Delta Group", "İnternational Trade Center", "European Tobacco", "Ultra Company", "AVA-Scandinavia Clinic", "SİAR", "Formag Baku" və digər şirkətləri təmsil edən 40-dan çox nümayəndə iştirak etdi.
Ümumilikdə 6 komandanın iştirak etdiyi "Kod Da Vinci" məntiqi oyununda müxtəlif sahələri əhatə edən suallar verilmişdir. Tədbirin keçirildiyi məkanın müxtəlif yerlərində yerləşdirilmiş tapşırıqların "açarları" hamıdan birinci tapan komanda qalib oldu. Qalib gəlmiş komanda hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, "Kod Davinçi" məntiqi intellektual oyunu "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin "ekskluziv" məhsuludur. 2006-cı ildən bu günə qədər dövlət qurumları, beynəlxalq strukturlar və özəl şirkətləri təmsil edən 1000-dən çox nümayəndənin "Kod Da Vinçi" məntiqi intellektual oyununun iştirakçısı olub.
"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərərək 18000 nəfəri birləşdirir. Təşkilatın missiyası gənclərin təşəbbüslərinin dəstəklənməsi və müxtəlif xidmətlərin göstərilməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB