Baş Prokurorluğun internet saytı informasiya açıqlığına görə 67 dövlət qurumu arasında birincidir
Beynəlxalq Mətbuat Mərkəzində Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən \"Dövlət qurumlarının on-line şəffaflıq hesabatı\" açıqlanıb. Baş Prokurorluğun internet saytı informasiya açıqlığına görə 67 dövlət qurumu arasında birinci olub. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hesabat Media Hüququ İnstitutunun 2005-ci ildən başlayaraq bilgi (informasiya) azadlığı və bilgiyə çatma sahəsində apardığı araşdırma, monitorinq, tövsiyyələrin hazırlanması, ictimai mənafelərin müdafiəsi və maariflənməsi işinin davamı olub.
Hesabat \"İnformasiya əldə etmək haqqında\" Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 67 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanıb. İnternet saytlarının monitorinqi 12 ölçü qutusuna yerləşdirilmiş 220-ə yaxın informasiya növü əsasında aparılıb.
Saytlar əvvəlcə kəmiyyət parametri üzrə araşdırılıb. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, çatım rahatlığı, gündəmə uyğunluluğu qiymətləndirilib. Reytinq cədvəlində 2-ci yeri Vergilər Nazirliyi, 3-cü yeri isə Hesablama Palatasının rəsmi saytları tutublar. Həmin saytların informasiya açıqlığı səviyyəsi müvafiq olaraq 46.15% və 42.29% olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB