Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Misirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın Misirdəki səfirliyində bayram tədbiri keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Misirdə fəaliyyət göstərən Azərbaycan icması nümayəndələri, bu ölkədə təhsil alan azərbaycanlı tələbləri, o cümlədən Azərbaycan dilini öyrənən misirli tələbələr iştirak ediblər.

Səfir Şahin Abdullayev qonaqları salamlayaraq, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, SSRİ-nin süqutundan sonra müstəqilliyini qazanan ölkəmizdə azərbaycançılıq ideyasının dayandığını vurğulayıb. Səfir Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bayram tədbiri ziyafətlə və Azərbaycan musiqisinin sədaları altında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə