Bayram günlərində təcili yardım xidməti gücləndirilmiş iş rejimində işləyəcək
Bayram günlərində Bakı Şəhər Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində işləyəcək. Stansiyanın baş həkiminin müavini Rauf Nağıyevin SİA-ya verdiyi məlumata görə, paytaxt ərazisində Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının briqadaları əhaliyə sutka ərzində xidmət etmək üçün hazırlıq vəziyyətinə gətirilib: "Hər hansı problemi olanlar az sonra həkimlərimiz ən zəriru yardım göstərəcəklər. Əhaliyə bayram günlərində öz sağlamlıqlarına diqqət yetirməyi, boyat yeməklərdən, salatlardan istifadə etməməyi tövsiyə edirik. Yeməkdən və ickidən zəhərlənmə hallarının baş verməməsi üçün diqqətli olmaq məsləhət görülür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB