Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilib

Ukraynada Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd edilib

Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Mədəniyyət Nazirliyinin və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü ilə Kiyev Gənclər Teatrında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş bayram konserti keçirilib. Bu haqqda məlumatı SİA-nın Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri verib.


Dünya Azərbaycanlılarının həmrəylik günü dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı bir bayraq altında birləşdirən milli məvkurə bayramıdır. Azərbaycan və Ukraynanın dövlət himninin sədaları altında başlayan tədbirdə fikrini bu sözlərlə başlayan Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı təbrik müraciətinin mətnini oxudu.

Bayram şənliyində çıxış edən Kiyev şəhər meriyasının rəsmi nümayəndəsi Olqa Vlasinka qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə xalqımıza xoş və səmimi təbriklərini çatdırıb.

Ukraynanın xalq artistı Qurban Abbasovun rəhbərliyi ilə bayram təbriklərinə şən və həzin musiqi töhfələri ilə qoşulan Azərbaycan, özbək, alman, yəhudi, gürcü və digər xalqların musiqi kollektivləri öz milli mahnıları və rəqs nömrələri ilə vətən sevgili soydaşlarımıza əsl bayram ovqatı bəxş ediblər.

Əlmaniz Ələkbərli, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə