Köçkün və az təminatlı ailələrə bayram sovqatı verilib

Köçkün və az təminatlı ailələrə bayram sovqatı verilib

Bərdə şəhərinin Qəhramanlar Parkında məcburi köçkün və az təminatlı ailələrin övladlarına Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə bayram sovqatı verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə. Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə 43 ailəyə yeni il hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, tədbir parkda bayram gəzintisi ilə davam edib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə