Kosmik məsələlər müzakirə olunub

Kosmik məsələlər müzakirə olunub

Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, şuranın ikinci iclasında Kosmik Məsələlər üzrə Şuranın nəzdində müxtəlif nazirlik və komitələrin və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrupun sədri və üzvləri seçilib. "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, ilk telekommunikasiya peykinin hazırlanmasının icra vəziyyəti, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin tikintisi və kadr hazırlığı istiqamətində aparılan işlər barədə məruzə dinlənilib. İclasda ölkəmizdə aşağıorbitli məsafədən zondlama peyk sistemlərinin yaradılması mövzusunda müzakirələr aparılıb. Kosmik məsələlər üzrə Şuranın sədri akademik Arif Paşayev məsafədən zondlama peyklərinin orbitə çıxarılmasının respublika üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək bu istiqamətdə aparılan işlərə dair öz tövsiyələrini verib.


Xatırladaq ki, Kosmik Məsələlər üzrə Şuranın ilk iclası cari ilin iyul ayında keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə