Ombudsman əfv sərəncamının icrasında iştirak edib

Ombudsman əfv sərəncamının icrasında iştirak edib

Müvəkkil əfv fərmanının icra olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 və 16 saylı cəzaçəkmə, habelə vərəmli məhkumlar üçün 3 saylı xüsusi müalicə müəssisəsində olub, məhkumlarla görüşüb. SİA-nın xəbərinə görə, o, çıxış edərək məhkumları qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Ombudsman dövlətimizin humanist siyasəti nəticəsində qısa müddət ərzində heç bir ölkədə görünməyən 9 Amnistiya Aktının qəbul olunduğunu və 50 əfv fərmanının imzalandığını vurğulayıb, minlərlə insanın ailəsinə, cəmiyyətə qovuşduğunu söyləyib. O, əfv edilən və azadlığa çıxan məhkumlara qanun pozuntularından, cinayət törətməkdən yayınmağı, ailələrinə, sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.

Müvəkkil bu müəssisələrdəki əfv olunmuş məhkumlara azadlığa çıxmaları haqqında sənədləri təqdim edib, onları və ailə üzvlərini bir daha təbrik edib, xoş arzularını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə