Geologiya İnstitutu gənc seysmoloqların beynəlxalq təcrübəsini öyrənir
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun aspirantı Rafiq Səfərov Yaponiyada seysmologiyaya dair magistratura təhsili alır. SİA-nın xəbərinə görə, növbəti ilin sentyabrına qədər davam edəcək dərslər "Seysmologiya, zəlzələ mühəndisliyi və fəlakətlərin idarə edilməsi siyasəti" mövzusu altında Siyasi Tədqiqatlar üzrə Milli İnstitut və Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunda keçilir.
Layihə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin dəstəyi ilə təşkil olunub. Kursda dünyanın 14 ölkəsindən 23 gənc alim və mühəndis iştirak edir. Təmsil olunan ölkələrin sırasında Azərbaycandan əlavə, Banqladeş, Çin, Haiti, İndoneziya, Pakistan, Makedoniya və digər ölkələr vardır.
Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov qeyd edir ki, zəlzələlərlə əlaqəli elmin öyrənilməsində gənclərin beynəlxalq təcrübəyə yiyələnməsi Geologiya İnstitutunun əsas prinsiplərindəndir. İndiyəcən institutdan bir neçə gənc alim elmin qeyd olunan sahəsində təcrübələrini artırmaq üçün xarici ölkələrə göndərilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB