Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni 2012-ci ilin gəlişi münasibəti ilə Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsildə, idmanda və digər sahələrdə fərqlənən, rayonun ictimai siyasi həyatında fəal olmuş gənclərin bir qrupu üçün Dənizkənarı Milli Bulvarda yerləşən Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki "İl patio" restoranında bayram tədbiri keçirilib.
SİA-nın xəbərinə görə, Səbail rayonunda gənclərə aparılan işlər rayon İcra Hakimiyyəti tərəfindən hər zaman diqqət mərkəzində saxlanmış, onlar xüsusi qayğı ilə əhatə olunublar. Hazırda rayon əhalisinin 28 %-i gənclər, 20%-i isə uşaqlar təşkil edir. Rayondakı 16 orta təhsil müəssisəsində 19606 nəfər şagird, 5 ali təhsil müəssisəsində 28948 nəfər tələbə təhsil alır. Gənclərimizin savadlı və sağlam böyüməsi üçün rayonda bir çox işlər həyata keçirilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri çərçivəsində Səbail rayonunda uşaqlar və gənclər üçün nəzərdə tutulan sosial obyektlər – məktəbəqədər və orta təhsil müəssisələri, səhiyyə obyektləri əsaslı təmir olunur və yeniləri tikilir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində yalnız bu il Səbail rayonunda bir yeni məktəb tikilmiş, 6 orta və 1 peşə məktəbi, 2 uşaq yaradıcılıq mərkəzi, 2 uşaq bağçası əsaslı təmir olunmuş, hazırda rayonda 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası, 1 məktəb üçün əlavə korpus, 1 məktəb üçün idman və akt zalı olan korpusu tikilir, 1 uşaq musiqi məktəbi sökülərək yenidən inşa olunur, 2 məktəb və 1 uşaq bağçası təmir olunur. Artıq rayonun ən iri qəsəbəsi olan Badamdarda Heydər Əliyev parkının əsaslı təmirinə başlanmış, növbəti ildə görüləsi işlər arasında qəsəbədə gənclər üçün yeni idman kompleksinin tikintisi aparılacaqdır.
Bayramsayağı, bəzədilmiş "İL patio" zalında şən və yaddaqalan əyləncələr üçün bütün şərait yaradılıb. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova gəncləri salamlamış, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik edib. Qeyd edib ki, gənclər hər zaman ölkədə gedən proseslərdə ön sıralarda olublar. Onların bilik və bacarıqlarının, təcrübəsinin, dünyagörüşünün artırılması, onların vətənpərvər ruhda böyüməsi və tərbiyəsi, gələcəkdə respublikamız üçün layiqli vətəndaş olmaları hər zaman dövlətimizin diqqət mərkəzindədir. Dövlət Proqramlarına uyğun olaraq bir çox gənclərimiz xaricdə təhsil alır. Onların aldığı bilik və əldə etdikləri təcrübə Azərbaycanımızın gələcək inkişafına yönəldiləcəkdir. Bu da ölkəmizi daha da gücləndirəcəkdir. Natiq gənclərə biliklərini artırmağa, ölkəmiz üçün layiqli vətəndaş olmağı tövsiyə etdi və dövlətin hər zaman gənclərə dəstək olacağını bildirib.
Tədbirdə çıxış edən gənclər bildiriblər ki, bu kimi görüşlər və tədbirlər zamanı onlar həm istirahət edir, həm də özlərinə yeni dostlar tapırlar. Gənclər xoş və mənalı istirahət üçün minnətdarlıqlarını bildiriblər və şən rəqsləri şənliyi daha maraqlı və yaddaqalan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB