Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan "Dövlət və Din" ictimai fikir toplusunun noyabr-dekabr sayı çapdan çıxıb.
Qurumdan SİA-ya verilən xəbərə görə, jurnal dövlət başçısının Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki ilə açılır. "Rəsmi guşə" rubrikası ilə hazırlanan bölmədə ölkə Prezidentinin Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi, Qəbələ şəhər məscidinin tikinti işləri ilə tanış olması, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun Mehmet Görməzlə görüşü və "Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz" başlıqlı bəyanat öz əksini tapıb.
Bu sayda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı münasibətilə dindaşlarımıza təbriki, Bakı Dağ Yəhudiləri Dini İcması üzvlərinin Rusiyanın "Vesti FM" radiostansiyasında Azərbaycan xalqının ünvanına səsləndirilən fikirlərdən hiddətləndiklərini bildirən etiraz da dərc olunub.
Oxucular "Həyatımız. Dinimiz" rubrikasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun milli-mənəvi dəyərlərimizdə yad halların artması, xeyir-şər məclislərimizdə israfçılığın geniş vüsət alması problemlərinə həsr olunmuş "Sevinc və kədər – hara qədər?" məqaləsi ilə tanış ola bilərlər.
Toplunun ənənəvi "Cəmiyyət və Din" rubrikasında Söhrab Məhərrəmovun "Sekulyarlaşma nədir?", Ruşan Ruşanzadənin "Siyasi maraq və siyasi əxlaq hüquqi dövlət və vətəndaş cəmiyyəti kontekstində", Əsədulla Qurbanovun "Dinşünaslıq, islamşünaslıq və siyasətşünaslığın bəzi aktual məsələləri", Fəxriyyə Məmmədzadənin "Mədəniyyətlərarası dialoqda dini və etik dəyərlər", Aydın Əlizadənin "Əski və çağdaş zamanda söz çəkişmələri", Vüqar Əliyevin "Vatikan və yeni informasiya texnologiyaları" məqalələri yer alıb.
"İslam həqiqətləri" guşəsinə daxil edilmiş Şuca Cavanpərəstin "Quran ayələri və rəvayətlər baxımından düşüncə", Rəşadət Əhmədovun "Həzrət Məhəmmədin əlilləri işlə təmin etmə baxışları" adlı yazılar diqqəti cəlb edirlər.
İctimai fikir toplusunun maraqlı rubrikalarından olan "Tarixə pəncərə" bölməsində dərc olunmuş Həsənağa Məmmədlinin "Религиозное сознание: предыстория ранних религиозных верований" və Namiq Musalının "Bektaşi təriqətinin Şah İsmayıl Xətai ilə gizli təmaslarına dair" məqalələri oxucularımız tərəfindən maraqla qarşılana bilər.
Aygün Məmmədovanın "Bərdə zərbxanasında kəsilmiş VI-IX əsr sikkələri" və Bədircahan Əmrullahqızının "Ağdam ərazisində aşkarlanmış yeni arxeoloji tapıntılara dair" adlı məqalələri jurnalın "Abidələr" guşəsində yer alıb.
İbrahim Quliyevin "Əllamə Məhəmməd Bağir Məclisinin "Biharül-ənvar" əsərində Xristian dininin mənşəyi və mahiyyəti" məqaləsi isə toplunun yeni rubrikası olan "Etüd" bölməsinə daxil edilib.
"Publisistika" rubrikası jurnalın oxunaqlı bölmələrindən birinə çevrilib. Son sayda oxucular Nəriman Qasımoğlunun "Eko-ilahiyyata giriş, yaxud iman eksperimentləri məni bu mövzuya necə gətirdi" və Xanəmir Telmanoğlunun "Bayatı-Şiraz" adlı elmi-publisistik yazıları ilə tanış olacaqlar.
"Sirlər Xəzinəsi" adlı rubrikada arxeologiya, tarix, ədəbiyyat, din və astronomiyaya dair maraqlı qısa xəbərlər yer almışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



