“Mundo İnternacional” jurnalı Azərbaycan haqqında geniş məqalə dərc edib

“Mundo İnternacional” jurnalı Azərbaycan haqqında geniş məqalə dərc edib

Meksikanın tanınmış "Mundo İnternacional" jurnalının 2011-ci il dekabr buraxılışında Azərbaycanın dövlətçilik tarixi, habelə ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində keçirilən tədbirlər haqqında geniş məqalə dərc edilib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, məqalədə Azərbaycan Respublikasının Müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi münasibəti ilə Mexiko şəhərinin nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən "Bellas Artes" Milli İncəsənət Sarayının binasında Səfirlik tərəfindən təşkil edilmiş konsert proqramı, habelə Azərbaycanın incəsənət xadimlərinin Meksikanın Akapulko şəhərində keçirilib "La Nao" beynəlxalq mədəniyyət festivalında iştirakı və burada dahi şair Nizami Gəncəvinin abidəsinin rəsmi təməlqoyma mərasimindən bəhs edilir.

Məqalədə, həmçinin Akapulko Siyasi Araşdırmalar İnstitutunda "Azərbaycan və İpək yolu" mövzusunda keçirilmiş elmi konfransda Səfir İlqar Muxtarovun iştirakı və əsas mühazirəçi kimi çıxışından söz açılır.

Qeyd edək ki, "Mundo İnternacional" jurnalı geniş tirajda satışa buraxılmaqla yanaşı, eyni zamanda Meksikanın Prezident Administrasiyası və digər hökumət orqanları, Konqres üzvləri, habelə Meksikada akkreditə olunmuş xarici diplomatik nümayəndəliklər arasında yayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə