8 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirilib

8 saylı cəzaçəkmə müəssisəsinə baxış keçirilib

İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) üzvləri bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) təkrar başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, həmin cəzaçəkmə müəssisəsinə bir qədər əvvəl kecirilmiş başçəkmədən ötən müddət ərzində MPM qrupunun əvvəlki tövsiyələri də nəzərə alınmaqla, burada vəziyyətin müsbət istiqamətdə dəyişdiyi, müəssisədə təmir işlərinin aparıldığı müşahidə edilib. Bu günlərdə ölkədə səfərdə olan Avropa İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin (CPT) üzvləri də bu müəssisəyə monitorinqlərinin nəticəsini, buradakı şəraiti və məhkumlarla rəftarı qənaətbəxş hesab ediblər.

Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə