Bayramqabağı bazarlarda qiymətlər qalxıb

Bayramqabağı bazarlarda qiymətlər qalxıb

Yeni il bayramının gəlişi və hamının bayram alış-verişinə hazırlaşması ilə əhalinin bir sıra ərzaq mallarına tələbatı artıb. Məhz bununla əlaqədar olaraq bayram ərəfəsində paytaxt bazarlarında və dükanlarında qiymətlərin artması artıq ənənə şəklini alıb. Ötən illərlə müqayisədə bu il də bayram ərəfəsində qiymətlər əhalini sınağa çəkib. Bazarlardakı qiymətlərlə yaxından maraqlanmaq üçün paytaxt bazarlarının birinə yəni Təzə bazara baş çəkdik. Burada son bir neçə gün ərzində ən çox bahalaşan məhsullar alma, armud, qoz, fındıq, şabalıd və başqa meyvələrdir. Onların qiymətində 50-80 qəpik, hətta 1-2 manat artım olub. Xaricdən gələn məhsullara tələbatın az olduğunu söyləyən satıcılar ən çox tələbatın yerli məhsullara olduğunu dedi. Amma alıcılar satıcılardan fərqli olaraq məcburiyyət qarşısında meyvə-tərəvəz məhsulları aldıqlarını deyirlər. Bahalaşma mal və qoyun ətinin qiymətində özünü göstərib. Satıcılar əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyətinin olmamasından narahatdılar. Hər halda bayramı ürəyinizcə qarşılamaq istəyirsinizsə əlinizin cibinizdə olması gərəkdir.


Bütün xəbərlər Facebook səhifəmizdə