“Azərbaycan Respublikasında vətəndaş inteqrasiyasının formalaşmasında KİV-in rolu” monoqrafiyası işıq üzü görüb
Heydər Əliyev İrisni Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevin "Azərbaycan Respublikasında vətəndaş inteqrasiyasının formalaşmasında kütləvi informasiya vasitələrinin rolu" adlı monoqrafiyası çapdan çıxıb.
SİA-nın məlumatına görə, əsərdə Azərbaycanda kütləvi informasiya vasitələrinin vətəndaş inteqrasiyasındakı rolunun hərtərəfli müqayisəli-siyasi təhlili ilk dəfədir ki, aparılır.
Üç fəsildən və səkkiz bölümdən ibarət kitabda müəllif əvvəlcə Azərbaycan Respublikası əhalisinin etnik-demokrafiq mənzərəsini canlandırır. Etnoslararası inteqrasiyaya təsir göstərən amillərdən bəhs edən müəllif, İslam dininə etiqadı, həmin ərazidə yaşayan etnosların təsərrüfat fəaliyyətinin oxşarlığını, eləcə də Azərbaycan dilini bu inteqrasiyaya təkan verən amillər kimi göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB