Gələn il vətəndaşların sosial müdafiəsi ilə bağlı hansı yeniliklər olacaq?-MÜSAHİBƏ
Ünvanlı sosial yardım gələn ildən aybaay yox, bir ilin məbləği birdəfəlik veriləcək
Bu il sosial sahədə bir çox yeniliklərlə yadda qalıb. Təbii ki, bu yeniliklər və uğurlar növbəti ildə də davam etdiriləcək. SİA-nın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib ki, gələn ildən Özünədəstək proqramı bütün respublika ərazisində tətbiq olunacaq. Onun sözlərinə görə, Özünədəstək proqramında ailələrə verilən ünvanlı sosial yardım gələn ildən aybaay yox, bir ilin məbləği birdəfəlik veriləcək. E.Kələntərli qeyd edib ki, bununla da ailələr məşğulluq səviyyəsini qurur və yoxsulluq vəziyyətindən çıxmağa çalışır.
Gələcəkdə vətəndaşların müraciətləri tam elektronlaşdırılacaq
"Digər müraciətlər elektron formada tətbiq olunur, gələn ildən elektron hökumətə keçdikdən sonra yerlərdə vətəndaşlarla yerli məmurlar arasında görüşlərin sayı minimuma salınacaq. Gələcəkdə vətəndaşlar ünvanlı yardım və digər məsələlərlə bağlı elektron, məktub və digər formalarda bizə çatdıra bilərlər. Gələcəkdə ünvanlı yardım alan ailələrin mobil telefonlarına sms vasitəsilə ünvanlı sosial yardımın oturulması ilə bağlı xəbərlər göndəriləcək. İstənilən halda nazirlik qarşısına məqsəd qoyub ki, gələcəkdə vətəndaşların müraciətləri tam elektronlaşdırılsın", - deyə o əlavə edib.
Aparat rəhbərinin müavini qeyd edib ki, ünvanlı sosial yardım təyin olunduqdan sonra orta hesabla həmin ailəyə verilən məbləğlərin sayı müxtəlif olur. Onun sözlərinə görə, ailələrin gəlirləri hesablandıqdan sonra məbləğlər müəyyən olunur və bu məbləğlər aybaay yox, bir il müddətinə veriləcək.
Kiçik biznesin yaradılması ilə bağlı xüsusiləşdirilmiş layihələr həyata keçiriləcək
"Aparılan monitorinqlərdə göstərilir ki, həmin ailələrə verilən sosial yardımın təqribən 60 faizi kənd təsərrüfatı məhsullarına yəni qida məhsullarına sərf olunur. Monitorinqin nəticələri də onu göstərir ki, pilot rayonlarda bu vətəndaşlara verilən birdəfəlik ünvanlı dövlət sosial yardımın il ərzində yığılan bir dəfəlik məbləği bu vətəndaşların özünə məşğulluğun təmin edilməsinə kömək edir. Kiçik biznesin yaradılması ilə bağlı xüsusiləşdirilmiş layihələr həyata keçiriləcək ki, onların vergi ödəmələrində də hansısa güzəştlər ediləcək. Biz çalışacağıq ki, bu vətəndaşların dəstəyini təmin edək".
Yaxın illərdə Qarabağ əlilləri və şəhid ailələri mütləq tam olaraq mənzillərlə təmin olunacaq
E.Kələntərli qeyd edib ki, regionlarda nazirliyin xətti ilə Qarabağ əllərinə, şəhid ailələrinə verilən mənzillərin ilbəil artım dinamikası müşahidə olunur. Yaxın illərdə növbədə olan Qarabağ əlilləri və şəhid ailələri mütləq tam olaraq mənzillərlə təmin olunacaq. Bakıətrafı qəsəbələrdə, ümumiyyətlə, Bakı şəhərində olan vətəndaşlara göstərilən köməklik bildiyimiz kimi, artıq dövlətimiz tərəfindən aparılan bu siyasətin nəticəsidir. İlbəil ölkə iqtisadiyyatının fonunda artıq rayonlardan paytaxta axın sıfra düşüb. Son vaxtlar etdiyimiz müşahidələr bunu bir daha sübut edir. İş yerlərinin açılması, yeni müəssisələrin yaradılması və kənd təsərrüfatı tərəfindən verilən güzəştli kreditlər nəticəsində artıq rayonlarda yaşayan əhalinin məşğulluğu ötən illərə nisbətən daha da gücləndirilib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB