Son 9 ay ərzində Bərdədə aparılan yenidənqurma və abadlıq işləri nəticəsində rayonda 17 küçə yenidən qurulub, 12 km metr uzunluğunda müasir üslubda gecə işıqlanması ilə təmin edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, şəhərdə aparılan yenidənqurma işlərində milli memarlıq üslubu xüsusilə qorunub saxlanılır. Rayon əhalisinin asudə vaxtlarının səmərəli keçməsi üçün 4 hektar ərazidə Qəhramanlar parkı salınıb. Şəhərin girişində 1 hektar ərazini əhatə edən bayraq meydanı inşa edilib. Park və meydanlarda yeni fontanlar quraşdırılıb.
Bu günə qədər rayonda olmayan açıq havada müxtəlif tədbirlərin keçirilməsi üçün mərkəzi meydan tikilir. Yaşıllıqlar diyarına çevrilən Bərdədə 8 min müxtəlif növ ağac və dekorativ gül kolları əkilib.
Hazırda rayonda 3 mərtəbəli uşaq gənclər musiqi məktəbi, Maliyə və Təhsil şöbələrinin inzibati binaları, Vergilər və Baytarlıq idarəsi, regional pasport miqrasiya idarəsi və iki kəndə yeni məktəb binaları tikilir. Abadlıq və quruculuq işlərinə 200 qədər tikinti briqadası cəlb edilib.
Qeyd edək ki, rayonda 186 obyekt yenidən qurulub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB