Elnur Kələntərli: “Vətəndaşlarla görüşlərin sayı artdıqca bəziləri bundan sui-istifadə edir”
Bu günə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın 10-dan çox bölgəsində 300-ə yaxın vətəndaş qəbul olunub. SİA-nın xəbərinə görə, nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib ki, bu vətəndaşlar əsasən bir sıra dövlət strukturlarına mütəmadi olaraq ərizə ilə müraciət edən şəxslərdir. Onun sözlərinə görə, burada məqsəd vətəndaşları qəbul edərək yalnız ərizələrini araşdırmaq yox, həm də 2012-ci ildə nazirliyin xətti ilə keçiriləcək yeni sosial layihələrdə vətəndaşların potensialını müəyyənləşdirməkdir.
"Bu baxımdan həmin qəbullar monitorinq xarakteri daşıyır ki, gələcəkdə bu insanlarla daha aktiv sosial müdafiə tədbirlərinə cəlb edə bilək. Ancaq etiraf etməliyik ki, belə görüşlərin sayı artdıqca bəzi vətəndaşlar bundan sui-istifadə edir. Əsassız şikayətlərlə nazirliyin rəhbərliyi ilə görüşlərə can atırlar. Belə süni artımlara baxmayaraq, nazirlik bundan sonra da vətəndaşlarla daha yaxından görüşlər keçirəcək. Hər bir halda şəffalığın tam təmin olunması istiqamıtində işlər aparılır və işlər gələcəkdə də davam etdiriləcək", - deyə o əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB