Mətbuat işçilərinin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi məsələsi reallaşa bilər
"Mətbuat işçilərinin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi məsələsinin həllini mümkün hesab edirəm". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev qeyd edib ki, bu o qədər də böyük vəsait tələb etmir: "Dövlətin mətbuata diqqəti bəllidir. Fikrimcə, mətbuat işçilərinin şəhərdaxili nəqliyyatdan pulsuz istifadəsi üçün dövlət büdcəsindən o qədər də çox vəsaitin ayrılmasına da lüzum yoxdur. Yəni kiçik ayrılma ilə bu məsələ həll oluna bilər".
S.Mehbalıyev jurnalistlərin həmkarlar təşkilatlarının fəaliyyəti barədə danışarkən deyib ki, bu qurumun fəaliyyəti nəzərə çarpmır: "Bəzi mətbuat nümayəndələri ilə görüşlərimiz olub. Onlar konfederasiya tərkibində fəaliyyət göstərən qurumun yaradılması istəyindədirlər. Bu barədə danışıqlar gedir. Yəqin ki, bu məsələ də öz həllini tapacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB