Füzuli Ələkbərov bir qrup vətəndaşla görüşərək onların şikayət ərizələrini araşdırıb
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə bir qrup vətəndaşla görüşərək onların şikayət ərizələrini araşdırıb. SİA-nın xəbərinə görə, 10 şikayətçinin ərizəsini araşdıran nazir bir sıra haqlı narazılıqların olduğunu müəyyən edib. Nazirlə görüşdə vətəndaşlar müxtəlif müraciətlər ediblər. I qrup əlil olan Elşad Cəfərov ona verilən maşının istismar müddətində yandığını və ikinci maşını istədiyini, Amil Malayev yarasız vəziyyətdə olan mənzilinin təmir-tikintisi, Səidə Məmmədova əlil atasının protezlə təmin olunması, Sədaqət Hüseynli övladının əməliyyat olunması, Kifayət Məmmədova isə himayəsində azyaşlı uşağın olması ilə bağlı aliment və ya ünvanlı sosial yardımın verilməsi ilə bağlı şikayətlər edib.
İmişli rayonundan gələn Namiq Həmzəyev isə nazirlər görüşdə ona verilən ünvanlı sosial yardımın mənimsənildiyini deyib. Bununla bağlı tapşırıqlarını verən nazir maliyyə axınının vaxtında və düzgün şəkildə idarə olunmasını tapşırıb. Vətəndaşların müraciətlərində əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir Fizuli Ələkbərov eyni zamanda vətəndaşlarda haqlı narazılıq yaradan hallarla bağlı aidiyyatı yerli strukturların və onların əməkdaşlarının fəaliyyətinin araşdırılması, vəzifə borcunu məsuliyyətsiz və səhlənkarlıqla yerinə yetirən əməkdaşlarla bağlı qanunauyğun tədbirlər görülməsi barədə tapşırıq verib. Onun sözlərinə görə, vətəndaşların müraciətlərinin araşdırılması zamanı aztəminatı ailələrin bir qisminin aktiv sosial müdafiə tədbirlərinə cəlb edilmək üçün potensial imkanlara malik olmaları müəyyən edilib ki, belə ailələrin əmək qabiliyyətli üzvlərinin səmərəli məşğulluğunun təminatına kömək göstərilməsi, eləcə də onların gələcəkdə birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramına cəlb edilmələri qərara alınıb.
Amma bütün bunlara baxmayaraq görüş xoş sonluqla nəticələnib. Belə ki, görüşün sonunda 86 yaşlı Abbas Mansurova avtomobil hədiyyə olunub.
Qeyd edək ki, nazir Fizuli Ələkbərov tərəfindən vətəndaşların yaşadıqları bölgədə onların iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri bundan sonra da davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB