“Azərenerji” 20 istehlakçı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib
Daşkəsən elektrik şəbəkəsində ( EŞ) cari ilin 11 ayı ərzində aşkar edilmiş 271 qayda pozuntusuna görə 484,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 29,1 min manata yaxın istehlak dəyəri bərpa olunub. "Azərenerji" ASC-dən SİA-ya verilən məlumata görə, bu məbləğin 77 faizə yaxın hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Bu müddətdə Samux EŞ-də 254 qayda pozuntusu aşkar edilərək 1 milyon 849,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Bu məbləğin (111 min manat) 76 faizə yaxın hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Ağstafa EŞ-də isə cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 261 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 842,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 50,6 min manata yaxın istehlak dəyəri bərpa olunub. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində bu məbləğin 59 faizdən artıq hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
İlin 11 aylıq yekunu üzrə "Daşkəsən" EŞ-də 8, "Samux" EŞ-də 11 və "Ağstafa" EŞ-də isə 1 istehlakçının sənədləri tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB