Astarada qış mövsümünə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib

Astarada qış mövsümünə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib

Astara rayonunda qış mövsümünə hazırlıqla əlaqədar çoxlu təmir-quraşdırma işləri həyata keçirilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 110 kV-lik "Astara" yarımstansiyası üzrə 2 ədəd transformator, 110 kV-lik 3 ədəd, 35 kV-lik 2 ədəd, 10 kV-lik 8 ədəd yağ açarları cari təmir edilib, həmçinin 2 ədəd 10 kV-lik yağ açarı əsaslı təmir olunub.


35 kV-lik "Ərçivan" yarımstansiyasında 2,5 MVA gücündə transformator yenisi ilə əvəz edilib. 2 ədəd 35 kV-lik yağ açarı, 3 ədəd 10 kV-lik yağ açarı cari təmir olunub. Analoji təmir işləri 35 kV-lik "Pensər", "Lovain" yarımstansiyalarında həyata keçirilib. Eyni zamanda 35 kV-lik "Çay fabriki-2" hava xəttinin 2-5 saylı dayaqlarında əsaslı təmir işləri aparılıb, xeyli sayda izolyator yenisi ilə əvəz olunub.

Şəbəkə tərəfindən gücü az olan transformatorlar daha güclü transformatorlarla əvəz olunub. Bu cür tədbirlər Astara şəhərinin S.Vurğun küçəsində, Siyəkü və Bəndəsər kəndlərində də həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə