Yeni il öncəsi qan xeyriyyəciləri uşaqlara "iztirabsız bayram" hədiyyə edəcəklər. "Miras" İctimai Birliyinin, "Qan Donorları Assosiasiyası" İctimai birliyi və Səhiyyə Nazirliyi Mərkəzi Qan bankı ilə birgə qanvermə aksiyası təşkil edir. Aksiyanın keçirilməsində əsas məqsəd Yeni il vaxtı yəni dekabr ayının son günləri və yanvar ayının ilk günləri qeyri-iş günləri elan edildiyindən qan ehtiyatları tükənmə ehtimalını aradan qaldırmaqdır. Aksiyada toplanan qanlar bayram günlərində qan ehtiyacı olan insanların ehtiyaclarının qarşılanmasına sərf olunacaq. İştirak etmək istəyən könüllülərdən isə bir sıra şərtlər tələb dilir. Belə ki, yaşı 18-65 arasında olan,çəkisi 50 kq-dan çox olan, hemoqlobin səviyyəsi normal olan şəxslər müraciət edə bilər. Qeyd edək ki, aksiya 26 dekabr saat 12:00-da Miras İctimai Birliyinin ofisində həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB