Akif Nağı: “Dağlıq Qarabağ münaqişəsinin həll yolunu Azərbaycan özü seçməlidir\"

Akif Nağı: “Dağlıq Qarabağ münaqişəsinin həll yolunu Azərbaycan özü seçməlidir\"
"Dağlıq Qarabağ münaqişəsinin həll yolunu Azərbaycan özü seçməlidir. Biz bu məsələdə real maneə olan Rusiyaya qarşı Türkiyəni önə çəkə bilərik". SİA-nın məlumatına görə bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bu gün keçirilən "Qarabağın işğaldan hərbi yolla azad edilməsi üçün qələbə modeli" adlı toplantısı zamanı deyib.

İclasda əsas diqqət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların nəticəsiz qalması, beynəlxalq təşkilatların, böyük dövlətlərin, vasitəçilərin məsələyə ədalətli həll variantı təklif etmək istəmədiklərinə yönəlib. Toplantı iştirakçıları qeyd edib ki, əgər aparılan bu danışıqlar belə də davam edirsə o zaman biz işğal altında olan torpaqlarımızı hərb yolu ilə almağa çalışmalıyıq. İclasda bildirildi ki, münaqişənin həlli yolundakı maneə Rusiyadır. Rusiya amilinin neytrallaşdırılıması üçün isə Türkiyə önə çıxarılmalıdır. Əgər Rusiya Ermənistanın təhlükəsizliyinə təminat veririsə, Türkiyə də Azərbaycana eyni təminatı verməldir. Belə olarsa Azərbaycan Ermənistana hərb meydanında qalib gəlmək üçün çətinlik çəkməyəcək. Tolantıda qeyd olundu ki, artıq bu münaqişənin həllində vaxt itirmək olmaz, əgər sülh danışlıqları bir fayda vermirsə işğaldakı torpaqlarımızı azad etmək üçün müharibə yolunu seçməliyilik.

Qeyd edək ki, tolantıda QHT nümayəndələri, hərbi eskpertlər, qaçqın və məcburi köçkünlər iştitrak edirdi.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə