Dəllər-Zəyəm və Tovuz-Qovlar dəmir yolu xətləri təmir olunur

Dəllər-Zəyəm və Tovuz-Qovlar dəmir yolu xətləri təmir olunur

Ayın 25-nə kimi \"Azərbaycan Dəmir Yolları\" QSC-i Dəllər-Zəyəm mənzilinin 143-148-ci kilometrliyində 5,5 kilometr, dekabrın 26-da isə Tovuz-Qovlar mənzilinin 118-120-ci kilometrliyində 1,5 kilometr yolda əsaslı təmir işlərinə start verilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsaslı təmir işləri Çexiyanın \"İxrac Bankı\" tərəfindən ayrılan 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir. Təmir işlərinə \"Azərbaycan Dəmir Yolları\" QSC \"Dəmiryolservis\" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiyanın \"İxrac Bankı\"nın nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə