Bu gün bir neçə rayona qaz verilişi məhdudlaşdırılıb

Bu gün bir neçə rayona qaz verilişi məhdudlaşdırılıb

Bu gün Azadkənd-İmişli qaz borusunda təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bəzi rayonlarda qaz verilişi dayandırılıb.


"Azəriqaz" İB – dən SİA-ya verilən məlumata görə, hazırda İmişli, Sabirabad, Saatlı rayonlarına qazın verilməsində məhdudiyyət yaranıb. Bununla belə, İmişli rayonu ərazisində yerləşən qənd istehsalı zavodunda da "mavi yanacaq" verilmir. Təmir işləri yekunlaşandan sonra qazın verilişi bərpa olunacaq.


Qurumdan verilən məlumatda o da bildirildi ki, "Azəriqaz" İB Yeni il bayramı və Dünya Azərbaycanlıların Həmrəyliyi günü ilə əlaqədar əhalini fasiləsiz mavi yanacaqla təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində keçəcək.


Bayramla əlaqədar olaraq 25 dekabr 2011-ci ildən 2012-ci il yanvarın 5-ə kimi borclu abunəçilərin qaz verilişində məhdudiyyət yaranmayacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə