Türkiyənin Braille Teknik şirkəti gözdən əlil insanlar üçün yeni texnologiyaların təqdimatını keçirib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin Braille Teknik San.Tic.Ltd şirkəti və bu şirkətin Azərbaycan filialı Azərbaycanda ilk dəfə olaraq görmə üzrə əlillər üçün nəzərdə tutulmuş xüsusi kompüter texnologiyaları, digər avadanlıqlar səsli proqramların Azərbaycan mətin oxuyucuları və fiziki məhdudiyətli insanların hərəkətlərinin sərbəstləşdirilməsi üçün nəzərdə tutulmuş standartların təqdimatına aid əyani vəsaitlər nümayiş etdirib və bunların mahiyəti haqqında ictimaiyətə ətraflı məlumat verərək mətbuat konfransı keçirib.
SİA-nın verdiyi məlumata görə, Braille Teknik şirkəti Amerika və Avropa şirkətləri tərəfindən istehsal olunan avadanlıqlar, kompüter texnologiyaları, səsli proqramlar üzrə Türk dili və Azərbaycan dilləri üzrə rəsmi distribyuter olmaqla bu şirkətlər tərəfindən istehsalı və satışı nəzərdə tutulmuş bütün malların görmə üzrə əlil insanların həyatını necə dəyişdirdiyini əyani olaraq izah etməklə, universal dizaynın standartları, yəni muasir arxitekturanın tələblərinə uyğun olaraq fiziki maniələrin aradan qaldırılması şərtlərinin zərurətini şərh ediblər.
Görmə üzrə əlil vətəndaşlarımızın intelektual inkişafını, məşqulluq problemlərini, iqtisadi yüksəlişlərini, təhsil, mədəniyyət, informasiya, adaptasiya, inteqrasiya imkanlarının yaradılmasında texnologiya və səsli proqramlarının tədbiq edilməsinin nəqədər zəruri olduğunu, eyni zamanda ətraf mühit, ictimai nəqliyat, ictimai binalar, parklar, meydançalar və sair mədəni yerlərin arxitektur baxımdan təhlükəsizlik standartlarının quraşdırılmasının vacib olduğunu geniş şəkildə vəsaitlərlə nümaiş etdirib.
Braille Teknik şirkətinin təmsilçiləri Azərbaycanda görmə üzrə əlil insanlar üçün informasiya imkanlarının yaradılması 2005-ci ildən millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbüslərinə əsasən həyata keçirilməyə başlanıldığını söyləyib və bugünə qədər görmə üzrə əlil uşaqların 5-saylı internat məktəbində, Naxçıvan Muxtar Respublikasında və Gəncə şəhərində bütün avadanlıqlarla təchiz edilmiş mərkəzlər yaradılıb və digər bölgələrdədə belə mərkəzlərin açılması üçün fəaliyətlər yüksək səviyədə davam etdirilir.
Braille Teknik şirkəti Azərbaycanda ilk dəfə olaraq Azərbaycanca JAWS for WINDOWS proqramının mətinoxuyucusunun iki versiyasını səsləndirərəq təqdim etdi və bu mətin oxuyucuların daha da təkminləşdirilməsi istiqamətində fəaliyətlərin davam etdiyini bildirib.
Braille Teknik şirkəti dünyada görmə üzrə əlil insanların istifadə etdikləri ən son texnologiyalara daxil olan PEARL kamera skayner və FOX Braille displeylərini nümaiş etdirərək bu texnologiyalar və səsli proqramlar vasitəsi ilə görmə problemli insanların informasiya almaq və ötürməq imkanlarının yüzdə yüz həll olunduğunu bildirərək bu qəbildən olan insanların kitabxana, internet, ixtisas artırma, məşqulluq, təhsildə dərslik əldə etmələrinin ondan sonra daha rahat və daha sadə əldə edə biləcəkləri üçün hər tərəfli imkanların yarandığını bildiriblər. Onun üçün sadəcə olaraq universitetlərin, kitabxanaların, digər tədris müəsissələrinin göstərilən proqram və texnologiyaların alınaraq görmə üzrə əlil insanların istifadəsinə verilmələrini təşkil etməli, eyni zamanda əlil insanların sözü gedən müəsissələrin yerləşdikləri binalarda mövcud imkanlar və xidmətlər haqqında əlillərin informasiya əldə etmək imkanlarının yaradılmasına dair hərəkətin istiqamətləndirilməsi və məlumat xəritələrinin yerləşdirilməsinin mühüm olduğunu izzah ediblər.
Braille Teknik şirkəti tədbirdə gözdən əlil insanların digər sağlam şəxslərdən aslılığını aradan qaldıra biləcək proqramlar və texnologiyalar haqqında məlumat verərək onların həyatda azad və sərbəst yaşamaları üçün dövlətin və cəmiyətin qarşılıqlı şəkildə dəstək vermələrinin zəruri olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB