Azərbaycanda türklərə mina və hərbu sursatların aşkarlanması və zərərsizləşdirilməsi kursu keçirilib

Azərbaycanda türklərə mina və hərbu sursatların aşkarlanması və zərərsizləşdirilməsi kursu keçirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssiləri tərəfindən Türkiyənin Kimya Sənaye Endüstrinin 10 nəfər əməkdaşına keçirilən humanitar 4 həftəlik kurs başa çatıb. Qardaş ölkənin mütəxəssislərinə təlimləri başa vurmaları münasibətilə sertifikatlar verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Horadiz Regional Bazasından bildirilib ki, qardaş ölkədən gələn mütəxəssislər bir aya yaxındır mina və partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi biliklərinə yiyələniblər. ANAMA-nın şöbə müdiri Elnur Qasımovun sözlərinə görə, bu günədək Azərbaycan mütəxəssiləri 5 ölkədən 280 nəfərdən çox şəxsə mina və partlamamış sursatların zərərsizləşdirilməsini aşılayıblar. Bu gün başa çatan kurs isə türkiyəli nümayəndələrə keçirilən sayca 5-ci təlimdir.

Hazırda Türkiyə-Suriya sərhədlərində mövcud olan minalı ərazilərin təmizlənməsi üçün Azərbaycanda tədris alan mütəxəssislərin bilik və bacarıqlarından istifadə olunacaq.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə