Misirin “Al Gomhouria” qəzeti ilə \"Səs\" qəzeti arasında birgə əməkdaşlığa dair razılaşma imzalanıb - TƏDBİR - (FOTOSESSİYA)
Bu gün Misirin "Al Gomhouria" qəzeti ilə \"Səs\" qəzeti arasında birgə əməkdaşlıq və informasiya mübadiləsinə dair razılaşma imzalanıb. SİA-nın xəbərinə görə, razılaşmanı "Səs" qəzetinin baş redaktoru, Səs İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev və Misirin "Al Gomhouria" qəzetinin redaktor müavini Mohamed İsmail imzalayıb.
İlk olaraq qonağı salamlayan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qonağı redaksiyada görməkdən məmnun olduğunu bildirib. Qəzetin tarixi barədə qonağa məlumat verən B.Quliyev vurğulayıb ki, 20 illik tarixə malik olan qəzet ulu öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsində mühüm rol oynayıb və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.
Baş redaktor misirli qonağa Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olduğunu bildirib və Prezident İlham Əliyevin Heydər Əliyev ideylarına sadiq qalaraq mətbuatın inkişafı ilə bağlı dünyanın heç bir ölkəsində olmayan addımlar atdığını xüsusi olaraq qeyd edib.
"Bu gün Azərbaycanda mətbuat azad və demokratik fəaliyyət göstərir. Bu baxımdan bütün KİV-lərin inkişafı üçün böyük imkanlar var\", - deyə baş redaktor bildirib.
"Hazırda Azərbaycanla Misir arasında dostluq əlaqələri mövcuddur. Ümummilli lider Heydər Əliyevin qoyduğu ənənələr indi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz də mətbuat orqanları olaraq bu əlaqələrin qoruyub-saxlanması, gələcək nəsillərə ötürülməsində birgə fəaliyyətimizi davam etdirməliyik. Bu baxımdan da Misirin və Azərbaycanın aparıcı mətbu orqanları olan \"Al Comhouria\" və \"Səs\" qəzetləri arasında razılaşmanın imzalanması çox önəmlidir. Belə bir razılaşmanın əlamətdar bir gündə - ölkə başçısı İlham Əliyevin 50 illik yubileyi ərəfəsində imzalanması bizi çox sevindirir. İnanırıq ki, Misirin "Al Gomhouria" qəzeti ilə imzalanan bu razılaşma Azərbaycan həqiqətlərinin, idman, mədəniyyət, siyasət, iqtisadiyyat və digər sahələrdəki uğurlu inkişafın beynəlxalq ictimaiyyətə çatdırılmasında yardımçı olacaq", - deyə B.Quliyev əlavə edib.
"Al Gomhouria" qəzetinin redaktor müavini Mohamed İsmail isə Azərbaycanla Misir əlaqələrinin hələ SSRİ dövründən başlandığını deyib. O bildirib ki, Misir Azərbaycanı müstəqillik ölkə olaraq tanıyan ilk dövlətlərdəndir. Azərbaycanda ilk səfirliyi də Misir açıb. Qonağın sözlərinə görə, Misir hər bir sektor üzrə Azərbaycana kömək və birgə əməkdaşlıq edir və bu gün də etməyə hazırdır.
"Bu gün "Səs" qəzetinin redaksiyasında olmaq bizim üçün çox xoşdur. Bildiyimiz qədər, sizin qəzet Azərbaycanda ən irəlidə gedən qəzetlərdən biridir. "Al Gomhouria" qəzeti də Yaxın Şərqdə tirajına görə 3-cü yeri tutur. İlk dəfə olaraq 1953-cü il sentyabrın 7-də çıxan qəzet bu gün 57 yaşını qeyd edir. Misir mətbuatı bu gün irəliyə getmək üçün xeyli səylər göstərir və birgə əməkdaşlıqlara xüsusi önəm verir. Azərbaycanın "Səs" qəzeti ilə birgə əməkdaşlığa dair razılaşmanın imzalanması da bu əlaqələrin daha geniş şəkildə qurulmasına müsbət təsirini göstərəcək. Çox şadam ki, bu razılaşma Azərbaycanın prezident İlham Əliyevin 50 illik yubileyi ərəfəsində imzalanır və bu da bizim üçün böyük fəxrdir. Bu bayram münasibəti ilə də Azərbaycan xalqını və dövlət başçısını təbrik etmək istəyirəm", - deyə o əlavə edib.
\"Səs\" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, gələn ilin mart ayında "Al Gomhouria" qəzetinin baş redaktoru Azərbaycan səfər edəcək. Bu səfər çərçivəsində "Al Gomhouria" qəzeti ilə \"Səs\" qəzeti arasında birgə əməkdaşlığa dair memorandum imzalanacaq. Bununla da \"Səs\" qəzeti misirli oxucuları Azərbaycanda baş verən hadisələrlə vaxtında tanış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB