Yeni yaradılmış erevangala500.com saytı erməni yalanlarını ifşa edəcək
2011-ci ildə İrəvan qalasının 500 yaşı tamam olur. Onun tarixi bizim üçün əzizdir, çünki İrəvan qalası Azərbaycan xalqına məxsusdur. SİA-nın məlumatına görə, bu sözləri bu gün erevangala500.com tarixi-analitik portalının təqdimat mərasimində Qafqaz və Kiçik Asiya tarixi mərkəzinin rəhbəri Şəlalə Həsənova söylədi. Ş. Həsənova bildirdi ki, tarixi-analitik portalda İrəvanla bağlı tarixi həqiqətlər yer alıb: "Ermənilər uzun illərdi İrəvan qalası ilə bağlı həqiqətləri gizlədib. İrəvan şəhərinin təməlini qoyan Azərbaycan tarixi abidəsi olan İrəvan qalası haqda məlumatların ictimaiyyətdən gizlədilməsi tarixi həqiqətləri ört-basdır edib. Hətta hazırkı Yerevanın sakinlərinin də bu qala ilə bağlı məlumatlardan xəbərsizdir.
Qafqaz və Kiçik Asiya tarixi mərkəzinin fəaliyyəti bütün tarixi həqiqətləri öyrənib müasir piar-texnologiyalar vasitəsi ilə ictimaiyyətə çatdırmaqdır. Artıq erməni yalanlarının üstünün acılma vaxtı çatıb. Bizim mərkəz həqiqətlərin propaqandasına başlayır. Erməni millətçilərinin torpaq xəbisliyi bütün dünya xalqları üçün təhlükəli olduğunu hər kəs bilməlidir".
Ş. Həsənova bildirdi ki, erevangala500.com tarixi – arxiv portalı ictimaiyyətdə düzgün fikrin formalaşmasına xidmət edəcək. Portalda məsələlərə analitik, ekspert yanaşı, unikal sənədlər, nadir kitablardan materiallara və s. rast gəlmək mümkün olacaq.
Təqdimat mərasimində söz alan Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov isə bildirdi ki, erməni vandalistləri bilməlidir ki, informasiya texnologiyaları vasitəsilə tarixi həqiqətlər sübut olunacaq.
\"Rəssam Frans Rubo XIX-cu əsrin axırlarında İrəvan qalasının şəklini çəkib və bu, tarixi faktda
dəqiqliklə İrəvan qalası haqda məlumat öz əksini tapıb. Ermənilər bu faktları ört-basdır etmək üçün İrəvan şəhərini tamamilə dəyişib. Burda məqsəd isə tarixi həqiqətləri gizlətməkdir. Ancaq indən sonra da İrəvan qalasının tarixinin - 600, 700 illiyi qeyd olunacaq və bu həqiqətlər ictimaiyyətə catdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB