Jurnalistlər üçün ən təhlükəli sayılan ölkələr

"Sərhədsiz repartyorlar" Beynəlxalq Assosasiyası 2011-ci il ərzində daha çox jurnalistin xəsarət aldığı ölkələrin siyahısını açıqlayıb. SİA-nın məlumatına əsasən təşkilatın hesabatına görə, ötən il ərzində öz vəzifəsini yerinə yetirərkən 66 jurnalist öldürülüb ki, bu da ötən ilə nisbətən 9 nəfər çoxdur. Bu il ölən jurnalistlərin əksəriyyətinin həyatını "Ərəb baharı"- Misir, Suriya, Liviya və

digər ərəb ölkələrində baş verən inqilablar və Meksikadakı hadisələr alıb. Bundan başqa çoxsaylı repartyorlar ABŞ, Yunanıstan, Belarus, Uqanda və Çilidə baş verən etiraz aksiyaları zamanı xəsarət alıb.

Ancaq yenə də ötən ildə olduğu kimi media nümayəndələri üçün ən təhlükəli ölkə Pakistan hesab olunur. Burada 2011-ci il ərzində 10 nəfər KİV nümayəndəsi öldürülüb.

"Sərhədsiz Repartyorlar" həmçinin il ərzində həbs olunan jurnalistlərin sayını da açıqlayıb. Bu il bütün dünyadan olan hüquq mühafizə orqanları 1044 nəfər media nümayəndəsini həbs edib ki, bu da ötən ildəkindən iki dəfə çoxdur.

Ən çox jurnalistlər Çin, İran və Eritreyada həbs olunublar.

Qeyd edək ki, Pakistandan başqa jurnalistlər üçün ən təhlükəli sayılan 10 ölkə sırasına Kot-dİuvar, Misir, Suriya, Yəmən daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə