Ağdamda xalq artisti Qədir Rüstəmovun xatirəsi anılıb

Ağdamda xalq artisti Qədir Rüstəmovun xatirəsi anılıb

Ağdamda milli musiqi sənətimizin görkəmli nümayəndəsi, Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qədir Rüstəmovun xatirəsi anılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ağdam Musiqi Texnikomunda keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, texnikomun müəllim və tələbələri iştirak ediblər. Mərasimdə çıxış edərək Qədir Rüstəmovun həyatından, bənzərsiz ifaçılıq məharətindən, muğamlarımızın təbliği, tanıdılması və inkişafı naminə fədakar əməyindən danışıblar. Qeyd edək ki ,Qədir Rüstəmovun milli musiqi mədəniyyəti sahəsində nailiyyətləri daim dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Mərasimdə Qədir Rüstəmova həsr olunmuş film göstərilib və Xalq Artistinin lent yazıları səsləndirilib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə