Ərdoğan: “Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik\"

Ərdoğan: “Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik\"

"Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fransa parlamentinin aşağı palatası - Milli Assambleyanın uydurma "erməni soyqırımı" da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etməsinə münasibət bildirərəkən deyib.

Onun sözlərinə görə, Fransada azad düşüncə prinsipləri parlamentin deputatları tərəfindən tapdalanıb: "Bu qərar Türkiyədən çox Fransaya qarşı haqsızlıqdır. Artıq Fransada azad düşüncə yoxdur. Qərarın qəbul olunmasına qarşı çıxan fransalı deputatlara təşəkkür edirəm. Türkiyənin öz tarixi ilə qürur duyur. Bu qərara qarşı səssiz qalmağımız mümkün deyildir. İlkin mərhələdə Parisdəki səfirimizi geri çağırdıq, iqtisadi-ticarət komissiyasının toplantısından imtina edirik, bütün ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrimizi dondururuq, Avropa Birliyi çərçivəsində layihələrdə iştirakdan imtina edirik".

R.T.Ərdoğan bundan sonra Fransa aviaşirkətlərinə məxsus təyyarələrin Türkiyə üzərindən hər bir uçuşu üçün ayrıca icazə alınmalı olduğunu, Fransa hərbi gəmilərinin isə Türkiyə limanlarına buraxılmayacağını bəyan edib: "Türkiyə Fransa ilə əlaqələrini dondurdu".

Bütün xəbərlər Facebook səhifəmizdə