“Nar Mobile” Mingəçevirdə növbəti satış və xidmət mərkəzlərini açıb

“Nar Mobile” Mingəçevirdə növbəti satış və xidmət mərkəzlərini açıb

Mingəçevir şəhərində "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir.


Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.


Hazırda Bakı şəhərində "Nar Mobile" tərəfindən təqdim edilən 11 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri fəaliyyət göstərir. Bölgələrdə isə 23 yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri olmaqla Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Səlyanda da yeni açılmış mərkəzlər müştərilərə yüksək keyfiyyətli xidmət təqdim edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə