Beyləqanda oğul atasını öldürdü

Beyləqanda oğul atasını qətlə yetirib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, ailə münaqişəsi nəticəsində oğul atasının boyun və kürək nahiyəsindən bir neçə dəfə bıçaq xəsarəti yetirirək öldürüb. Dəhşətli hadisə Beyləqanın Ramiz Ammasov küçəsində baş verib. İxtiyar Kərimovun gecə saatlarında atası Feruz Kərimovla etdiyi mübahisə qan tökülməsi ilə nəticələnib.

Şəhər sakini İxtiyar Kərimov ailə-məişət münaqişəsi zəminində atası Fehruz Kərimova bir nece bıçaq xəsarəti yetirərək qətlə yetirib. Oğul atasını bıçaqla qətlə yetirəndən sonra könüllü olaraq Beyləqan rayon Polis Şöbəsinə gedib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə