Nazir Fizuli Ələkbərov serbiyalı həmkarı ilə görüşüb

Nazir Fizuli Ələkbərov serbiyalı həmkarı ilə görüşüb

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikasının əmək və sosial siyasət naziri Rasim Lyaviç ilə görüşüb.

SİA-nın xəbərinə görə, Fizuli Ələkbərov bildirib ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir: "Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 8 il ərzində respublikamızda yoxsulluq 49 faizdən 9 faizə enib, bir milyonadək yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi qeyd olunan dövrdə 5,6 faizədək azalıb".

Nazir Rasim Lyaviç bildirib ki, Azərbaycan və Serbiya arasında dostluq və əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir çox sazişlər imzalanıb. Serbiya hökuməti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün bütün səylər göstəriləcək.

Görüşdə nazirliklər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə